Məktəblilər üçün yeni forma gəlir : İndiki məktəbli formalarının aqibəti necə olacaq?

12-07-2021, 00:12           
Məktəblilər üçün yeni forma gəlir
Şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Maraqlıdır, “Bakı Tikiş Evi”nin anbarında qalan indiki məktəbli formalarının aqibəti necə olacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan “Bakı Tikiş Evi”nin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, hələ qərar təsdiqlənmədiyinə görə bununla bağlı hər hansı fikir söyləmək tezdir:

“Təhsil Nazirliyi də bildirib ki, proses birdən-birə olmayacaq. Hələlik bu il də köhnə formalar istifadədə olacaq. Hələ yeni formalar haqqında qərar təsdiq olunmayıb deyə, qiyməti barədə də məlumat yoxdur. Bilirsiniz ki, qərarı Nazirlər Kabineti təsdiq etməlidir. Hələ qərar təsdiqə göndərilib. Daha sonra kimə nə məsləhət görüləcəksə, elə də olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru