Süveyş kanalı rekord gəlir əldə edib

12-07-2021, 06:41           
Süveyş kanalı rekord gəlir əldə edib
Mart ayında fəaliyyəti bir həftə ərzində iflic olan Süveyş kanalı ötən maliyyə ilini uğurla başa vurub.

TASS xəbər verir ki, Aralıq və Qırmızı dənizi birləşdirən su yolu il ərzində 5.84 milyard dollar qazanaraq rekorda imza atıb.

Təkcə bu ilin ilk altı ayı ərində 9763 gəmi kanaldan keçib ki, bu da ötən ilin analoji dövrilə müqayisədə 217 gəmi çoxdur.

Ekspertlərin fikrincə, gəlirlərin rekord səviyyədə artmasında kanal rəhbərliyinin qiymət siyasəti, güzəştli tariflər böyük rol oynayıb.

Qeyd edək ki, martın 23-29-da 400 metrlik “Ever Given” konteyner gəmisinin kanalda saya oturaraq yolu bağlaması nəticəsində 422 gəmidən ibarət tıxac yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru