Yabanı çiyələyin faydasını saymaqla bitmir, amma... - İsayevadan XƏBƏRDARLIQ
12-07-2021, 09:34
Yabanı çiyələyin digərlərindən daha xoş ətri, parlaqlığı və şirin dadı ilə fərqlənir. Mmeyvələri daha kiçik və zərifdir. Yabanı çiyələyin faydaları nədir və nə zaman zərərli ola bilər?
Publika.az xəbər verir ki, bu barədə deietoloq Yulia İsayeva Rusiya mətbuatına danışıb.
O bildirib ki, yabanı çiyələk aşağı kalorili giləmeyvə hesab olunur. 100 qram giləmeyvə yalnız 40 kilokalori ehtiva edir:
"Tərkibində çox miqdarda vitamin və mineral var: pəhriz lifi, PP, A, C vitaminləri, mis, dəmir, kalium, maqnezium, B vitaminləri, folik turşusu, həmçinin taninlər, karoten və pektinlər var.
Yabanı çiyələklər eyni zamanda efir yağları və faydalı turşular, saxaroza və qlükoza baxımından zəngindir. Tərkibindəki A vitamini dərini və ümumiyyətlə bədəni cavanlaşdırır. C vitamini immunitet sistemini gücləndirməyə kömək edir. Vitamin B9 və dəmir ürək-damar xəstəliklərinin meydana gəlməsini və inkişafını qarşısını alır. Yabanı çiyələk mədə-bağırsaq traktının fəaliyyətini tənzimləyir, bağırsaqdakı spazmı aradan qaldırır, iştahanı artırır və hətta yaraların sürətlə yaxşılaşmasına kömək edir".
Diyetoloq deyib ki, yabanı çiyələk meyvələrindən təzə sıxılmış şirəsi böyrəklərdən və öd kisəsindən daşlardan qurtulmaq üçün əla vasitədir. Həmçinin onun çayı aşkar şəkildə sidikqovucu təsirə malikdir:
"Yabanı çiyələyin qurudulmuşunun dəmləməsinin yuxu problemlərinə kömək edir. Mədə fəaliyyətini yaxşılaşdırır. Qaraciyəri təmizlədiyir, boğazdakı ağrıları aradan qaldırır və öskürəyi yüngülləşdirir. Lakin yabanı çiyələklərdən az istifadə olunmalıdır, əks halda meyvələr allergiya və ya həzm pozğunluğuna səbəb ola bilər. Bundan əlavə, şəkər miqdarı yüksək olduğu üçün 2-ci tip diabetli insanlar üçün tövsiyə edilmir. Yabanı çiyələklərdən qastrit və mədə xorası olan xəstələr də çəkinməlidirlər, çünki tərkibində mədə mukozasını qıcıqlandıra biləcək turşular var".