Rusiyalı doktor koronavirusun beyində yaratdığı fəsadları açıqlayıb

16-07-2021, 07:45           
Rusiyalı doktor koronavirusun beyində yaratdığı fəsadları açıqlayıb
“Koronavirusa yoluxan xəstələrdə tez-tez koqnitiv pozğunluqlar müşahidə olunur. Yaddaş və intellektual funksiyaların zəifləməsi özünü büruzə verir”.

APA “ngs.ru”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Novosibirsk şəhərinin 3 saylı Psixiatriya xəstəxanasının baş həkimi Yana Moxnaçeva koronavirusun xoşagəlməz nəticələrindən danışarkən bildirib.

Mütəxəssisin fikrincə, bu proses çox yavaş davam edir - dörd aydan səkkiz aya qədər və ya daha çox müddətə baş verir: “İnfeksiyanın həm xəstəlik zamanı, həm də klinik müalicədən sonra zehni sağlamlığa təsir edir. Xəstəlikdən əziyyət çəkən bir çox yaşlı insanlarda yaddaş pozğunluğu qabarıq şəkildə özünü göstərir”.

Yana Moxnaçeva əlavə edib ki, fəsadlar gənclərdə də baş verir: “Koronavirusa yoluxanlarda müxtəlif cür narahatlıqlar baş verir: “Onlar təlaş, depressiya, nevroz, və bir sıra fobiyadan əziyyət çəkir, yüzdə birində isə psixoz duruma düşə bilir”.

Lakin rusiyalı mütəxəssis intihar cəhdlərinin COVID-19-la heç bir əlaqəsi olmadığını vurğulayıb: “Koronavirusun insanı intihara cəhdə sövq etməsi ilə bağlı səsləndirilən fikrləri mif kimi təsnif edərdim. Hazırda belə bir məlumat yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru