Azərbaycanda uşaqlar arasında yoluxma necədir? - SON RƏQƏMLƏR

16-07-2021, 20:13           
Azərbaycanda uşaqlar arasında yoluxma necədir? -
Koronavirusun “Delta” ştammının uşaqlar və gənclər arasında daha çox yayılması bu yaş qrupunda olanların peyvənd edilməsini bir daha gündəmə gətirir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib.

Bu barədə 24 iyun 2021-ci il tarixində ÜST-ün saytında dərc edilmiş tövsiyələrdə bildirilib.

Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. Vaksinasiyada əsasən yaşlılara, xroniki xəstəlikləri olanlara və səhiyyə işçilərinə üstünlük verilməlidir. Qeyd edilir ki, uşaqlar və yeniyetmələr böyüklərdən fərqli olaraq, COVID-19-u yüngül formada keçirirlər. Bildiyiniz kimi, "Moderna" şirkəti istehsal etdiyi vaksininin 12 yaşlı uşaqlarda da effektli olduğunu elan edib.

Şirkət iyunda yeniyetmələrlə bağlı datasını ABŞ-da və digər yerlərdə qlobal tənzimləyicilərə təqdim edib. Həmçinin, "Moderna"dan sonra "Pfizer & BioNTech" vaksinlərinin də 12 yaşlı uşaqlara vurulması təsdiqlənib. Artıq bir çox ölkələrdə uşaqlara da vaksinin vurulmasına başlanılıb.

Maraqlıdır ki, Azərbaycanda uşaqların virusa yoluxması ilə bağlı son statistika necədir?

Cebhe.info rəsmi mənbələrə istinadən xəbər verir ki, Azərbaycanda ötən ayın statistikasına görə, koronavirusa yoluxanların 3 faizini 0-9 yaşlı uşaqlar təşkil edir.

Virusa yoluxanların 6 faizi 10-19 yaşlı əhalidir. Yoluxanlar arasında 20-29 yaşlılar 16 faiz, 30-39 yaş üzrə 21 faiz, 40-49 yaşlılar 15 faiz, 50-59 yaş üzrə 18 faiz təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.