Real xarici ticarət - VİDEO

23-07-2021, 08:56           
Real xarici ticarət - VİDEO
Rusiya bu ilin birinci yarısında da Azərbaycanın qeyri-neft ixracında lider mövqeyini qoruyub saxlayıb. Statistikaya görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 162 milyon 357 milyon dollarlıq qeyri-neft məhsul ixrac edilib və bu malların 30,8 faizi, yaxud 358 milyon dollarlığı Rusiyaya ixrac edilib.

Qeyri-neft ixracının 28,1 faizi, yaxud 326 milyon dolları Türkiyənin, 10 faizi, yaxud 116 milyon dolları İsveçrənin payına düşüb. Qeyri-neft ixracının 7,6 faizi, yaxud 88 milyon dolları Azərbaycanın çox sıx iqtisadi əlaqəyə malik olduğu qonşusu Gürcüstanın payına düşüb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadən REAL TV-yə bildirib ki, Azərbaycan hökuməti Rusiyaya qeyri-neft ixracatının yüksək templərini qorumaq üçün gərgin fəaliyyət göstərib.

Təbii ki, Rusiya ilə Azərbaycanın ticarət əlaqələri təkcə ixracatla bitmir. 2021-ci ilin birinci yarısında Azərbaycana Rusiyadan 923 milyon dollarlıq məhsul idxal edilib ki, şimal qonşumuz bu göstərici üzrə də liderdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.