Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmayıb

23-07-2021, 21:10           
Azərbaycanda arzuolunmaz şəxs elan edilən rusiyalı jurnalist Gürcüstana buraxılmayıb
Rusiyalı jurnalist, “Novoya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.
“Report” xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

İ.Azar bildirib ki, ölkəyə daxil olmağa qadağanın hansı səbəbdən qoyulduğu ona izah edilməyib. Lakin onun paylaşdığı müvafiq sənəddə “Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə cavab vermir” bəndi işarələnib.

Qeyd edək ki, rusiyalı jurnalist 2011-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərə görə ölkədə “persona non grata” elan edilib. Ötən ilin oktyabrında Ermənistanın Xarici İşlər Nazirliyi İ.Azarın akkreditasiyanı ləğv edib. Buna səbəb onun Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından aldığı müsahibə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru