"Pandemiyanın bitməsi barədə danışmaq hələ tezdir" - ÜST

24-07-2021, 00:07           
"Pandemiyanın bitməsi barədə danışmaq hələ tezdir" - ÜST
"Koronavirus pandemiyasının bitməsi barədə danışmaq hələ tezdir".

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə relizində deyilir.

ÜST Avropa bürosunun regional direktoru Hans Kluge bildirib ki, "Delta" ştammın yayılması ilə əlaqədar Avropanın bir çox ölkələrində yoluxma sayı artır.

Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatı virusun qarşısını almaq üçün tez bir zamanda vaksinasiya tempini artırmağı tövsiyə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.