Müğənninin qətli videosu kimi yayılan görüntülər haqda DİN-dən açıqlama

25-07-2021, 18:42           
Müğənninin qətli videosu kimi yayılan görüntülər haqda DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, görüntülər DİN tərəfindən araşdırılıb:

"Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru