Azərbaycanda nazirlərin övladları... - ARAŞDIRMA

29-07-2021, 19:05           
 Azərbaycanda nazirlərin övladları... - ARAŞDIRMA
Son illər Azərbaycanda yüksək ranqlı vəzifələrə kadr islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib.

Qaynarinfo 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agetlik rəhbərlərinin övladları ilə bağlı araşdırma edib.

Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var.

Baş nazir Əli Əsədov - Ailəlidir, iki övladı var.

Müdafiə naziri Zakir Həsənov - Ailəlidir. Üç övladı var.

Müdafiə Sənayesi naziri Mədət Quliyev - 4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var.

Daxili İşlər naziri Vilayət Eyvazov - Ailəlidir, üç övladı var.

İqtisadiyyat naziri Mikayıl Cabbarov - Evlidir, 2 övladı var.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov - Evlidir, 2 övladı var.

Təhsil naziri Emin Əmrullayev - Ailəlidir, 2 övladı var.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Ailəlidir, 2 övladı var. 21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi.

Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.

Kənd Təsərrüfatı Naziri İnam Kərimov - Evlidir, iki övladı var.

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev - Ailəlidir, 2 övladı var.

Energetka Naziri Pərviz Şahbazov - Ailəlidir. İki övladı var.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev - Ailəlidir, övladı yoxdur.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev - Ailəlidir, 3 övladı var.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli - Ailəlidir, 3 övladı var.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev - Ailəlidir, 2 övladı var.

Bakı Metropoliteyninin sədri Zaur Hüseynov - Ailəlidir, bir oğlu və bir qızı var.

Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev - Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov - Evlidir, iki övladı var.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov - Evlidir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev - Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova - Ailəlidir, bir qızı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.