Niyə milli milyarderlərimizin şəklini “Forbes”də görüb, fəxr etməməliyəm?

2-08-2021, 17:29           
Niyə milli milyarderlərimizin şəklini “Forbes”də görüb, fəxr etməməliyəm?
İllərlə mediadan gizlənən Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov mənim bu yöndə olan təqidimdən sonra, çıxıb saytlardan birinə müsahibə verdi.
Həmin müsahibəni bir neçə dəfə diqqətlə oxudum. Hörmətli iş adamı mənim barəsində səsləndirdiyim iddiaların hamısını təsdiqləyir. Müsahibədə diqqətimi çəkən , aydınlıq gətirilməsi vacib olan bəzi məqamlar oldu.
Aydın Talıbov deyir: “Ümumiyyətlə, «Araz»la «Oba»nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, elə dünən«Oba»nın 320 min müştərisi olub. Bu o deməkdir ki, 320 min nəfər onu seçib. Bizə çoxsaylı müraciətlər daxil olur ki, niyə bizim yanımızda «Oba» açılmır. Hətta Naxçıvandan belə tələbat gəlir, biz bununla əhaliyə seçim veririk. Bu marketlər şəbəkəsinin yaşayıb-yaşamamasına əhali qərar verir. Bizim işimiz tələbatı doğru dəyərləndirib ona uyğun təklif verməkdir”.
Marketlər şəbəkəsində hər gün 640 min müştərinin olduğunu şirkət rəhbəri şəxsən etiraf edir. Hər müştəri həmin marketlərə ortalama 5 manat xeyir versə, bu edir 3 milyon 200 min manat. Deməli, Aydın Talıbov hər gün tək “Oba” və “ Araz” dan ən azı 3 milyon qazandığını birbaşa təsdiqləyir. Bu aya 100 milyona yaxın xalis gəlir deməkdir.
Bunu da bir ildə olan ayların sayına, yəni 12-yə vuranda edir 1 milyard 200 milyon. Deməli, Aydın Talıbov özü etiraf edir ki, nəzatətində olduğu təkcə iki marketlər şəbəkəsinin xalis gəliri onun rəsmi milyarder olmasına tam imkan verir. Bu marketlərin bir neçə ildi fəaliyyət göstərdiyini nəzərə alsaq, onda qazanılan milyardın sayını bir neçə əmsala vurub, artırmaq da olar.
Maraqlıdır, onda niyə biz Aydın Talıbovun adına dünyaca məşhur leqal milyarderlərin və milyonçuların siyahısını dərc edən “Forbes” kimi dərgidə rast gəlmirik? Görəsən, Şirkətin vergi ödənişləri ilə etiraf edilən qazanc uzlaşırmı? Bununla bağlı hörmətli Mikayıl Cabbarova sorğu göndərib, rəsmi cavab almağa çalışacam. Maraqlıdır, milyarder olan milli iş adamlarımın şəkilini niyə mən “Forbes”də görüb, fəxr etməməliyəm?
Qeyd edim ki, hazırda Aydın Talıbovun rəhbəri olduğu şirkətə yalnız: “Oba” və “Araz” marketləri daxil deyil. Qrupa “Veysəloğlu Distribusiya”, “V-Trade” topdansatış, “Vesta-Horeca”, “ARAZ” supermarketlər şəbəkəsivə “OBA” marketlər şəbəkəsi, “ULDUZ” şokolad fabriki, “AVT Logistika”, “XONÇA” şirniyyat evi, “ENTRÉE Azərbaycan” kafeləri və Gürcüstanda fəaliyyət göstərən “VG” distribusiya şirkəti aiddir. Allah bazar versin!
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.