ABŞ iqtisadiyyatının bərpası Meksikaya pul köçürmələrinin tarixi səviyyəyə çatmasına səbəb oldu
4-08-2021, 06:36
Meksikaya pul köçürmələri tarixi səviyyəyə çatır.
AZƏRTAC xəbər verir ki, 2021-ci ilin ilk altı ayında pul köçürmələri 23.7 milyard dollara çatıb ki, bu da 2020-ci ildə Meksikaya göndəriləndən 22.4 faiz çoxdur.
May ayında rekord həddə çatan pul köçürmələrinə münasibətdə davamlılıq, gəlirlərinin bir hissəsini qonşu ölkədəki qohumlarına göndərən 11 milyona yaxın meksikalı yaşayan Birləşmiş Ştatlarda iqtisadiyyatın bərpası ilə izah olunur.
Ötən həftə ABŞ Ticarət Nazirliyi ilin ikinci rübündə ölkənin ÜDM-nin əvvəlki rüblə müqayisədə 1.6 faiz artdığını bildirib.
Keçən həftə Meksika Milli Statistika və Coğrafiya İnstitutu (İnegi), ölkə iqtisadiyyatının da xarici ticarət hesabına 1,5 faiz artdığını qeyd edib.
Son illərdə Meksika pul köçürmələrindən daha asılı olub. BBVA bankının Meksikadakı filialının məlumatına görə, 2020-ci ildə pul köçürmələrindən olan gəlir tarixi səviyyəyə çatıb və milli ÜDM-nin 3,8 faizini təşkil edib.