Qazilər niyə intihar edir? – Ekspert onları incidən qurumların adlarını AÇIQLADI

5-08-2021, 17:14           
Qazilər niyə intihar edir? –
"Qazilərimizi narazı salan qurumlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi yanında Hərbi Hospital və rayon icra başçılarıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında son dövrlər intihar yolunu seçən qazilərimizin belə bir duruma düşməsinə hansı rəsmi qurumların səbəbkar olduğuna aydınlıq gətirərkən, politoloq Cümşüd Nuriyev deyib.

Həmsöhbətimiz düşünür ki, bu kateqoriyadan olan insanlar adətən qayğı umur:

"Qazilərimizin intihar səbəbi onların psixoloji durumu ilə bağlıdır. Qazilərdə həm maddi, həm də sağlıq durumlarında problemlər yaranır. Nəticədə insan qayğısızlıqdan bezir. Ailəsinə maddi baxımdan heç bir kömək əlini uzada bilməyəndə insan psixoloji cəhətdən artıq özünü idarə edə bilmir. Bəzi dövlət məmurlarının qazilərimizə qarşı soyuq münasibəti, hörmətsizliyi, onları aşağılamaları qəhrəmanlarımızı həyatdan küsdürür”.

C. Nuriyev məmurları qazilərə münasibətdə tərbiyyəsiz hərəkətlərə son qoymağa çağırıb: "Azərbaycanda qazilərin narazılığının əsas mənbəyi, onları incidənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon icra hakimiyyətləri başçılarıdır. Bu da məmurların təcrübəsizliyi və həddən artıq korrupsiyaya uğramalarından qaynaqlanır. Qazilərə qarşı bu hörmətsizlikdə Müdafiə Nazirliyinin nəzdindəki Hərbi Hospitalın da "xidməti” var. Onlar insan taleyini məhv etdiklərini başa düşmür”.

Ekspert əlililik dərəcəsinin verilməsində deferensasiya aparılmasının tərəfdarıdır: "Qazilərimizi ağrıdan məsələlərdən biri odur ki, adi qəza nəticəsində, iş yerində, təbii şəkildə əlililik alanla müharibədə əlililik alan eyni cür dəyərləndirilir. Bu yolverilməzdir. Deferensasiya aparılmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru