Satanist cütlük ritual cinayətlərini və kannibalizmi etiraf etdilər - FOTO

6-08-2021, 08:02           
Satanist cütlük ritual cinayətlərini və kannibalizmi etiraf etdilər - FOTO
Rusiyada satanistlər Leninqrad vilayətində və Kareliya meşələrində bir sıra ritual cinayətlərini etiraf ediblər.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Andrey Trequbenko və Olqa Boşakova narkotiklərlə əlaqədar saxlanılıblar. Polis şəbəsində isə onlar iki nəfəri öldürdükdən sonra doğradıqlarını deyiblər və kannibalizm barədə danışıblar.
Öldürülənlərin özləri də ezoterikliklə məşğul olublar. Onlar Andrey və Olqaya kor-koranə güvəniblər, buna görə də meşəyə birlikdə yollanıblar. Ancaq qurban kimi seçildiklərinin fərqində olmayıblar.

Bildirilir ki, qurbanların hər ikisi 2016 -cı ildən itkin düşmüş sayılır. Valideynlər, könüllülər, polislər onların axtarışı ilə məşğul olub. Ancaq satanistlər klubu hər şeyi bilib və hətta təfərrüatları müzakirə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru