ÜST: Koronavirusun "Delta” ştammı “Alfa" ilə əvəzlənir”

9-08-2021, 07:45           
ÜST: Koronavirusun
“Yalnız peyvənd insanı koronavirusun mutasiyalarından qoruya bilir”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.

ÜST rəsmisi deyib ki, yüksək immunizasiya tədbirləri nəticəsində xəstəxanalarda, reanimasiya şöbələrində olan insanların sayı azalıb.

M.Vuynoviç əlavə edib ki, hazırda ÜST virusunun yayılması fonunda yeni infeksiya növlərini izlədiyir: “İndi təşkilat “lambda” növünün “Delta” ştammını sıxışdırıb çıxardığını və nəticədə sonuncu "Alfa" növünün əvəz etdiyini müşahidə edir”.

Qeyd edək ki, koronavirusun “lambda” variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru