Ermənilərin yeni yaratdığı terror dəstələri: VOMA, POĞA
9-08-2021, 18:24
Azərbaycan Ordusunun rəşadətli həmləsindən sonra “Böyük Ermənistan”, azad “Artsax, “qalib Ermənistan ordusu” eyforiyaları, daxili sarsıntı, təlaş, dövlət və hökümət nümayəndələrinə, eləcədə, tarixi sadiq himayədarlarına qarşı inamsızlıq, erməniləri dalana dirəyib.
Adalet.az xəbər verir ki, ermənilər aldıqları "dərslərdən" hələ nəticə çıxara bilməyiblər. Çünki, bu dalanda sıxışıb qalmış erməni şovinizmi, qanlarına hopmuş “millətçilik” kimi qorxulu xəstə təxəyyülü kənara atıb, ağılla dərindən düşünmək, nəticə çıxarmaq əvəzinə yenidən müharibəyə başlamaq və “qalib gəlmək “ yolunda hərəkətə keçiblər.
Fakt olaraq deyim ki, “qalib” dedikləri Ermənistan ordusu güclü silahlanmaya, bol texnikaya kifayət qədər xarici muzdlu terrorçulara malik olsa da, müharibənin ilk günündən geri çəkilməklə ruhən, qəlbən haqsız olduqlarını, yeniləcəklərini duymuşdu. Görünür, yenidən “müharibə” havasına girmək nələrə mail olacağını, stress, sarsıntı, depressiya kimi durumlarda anlamayacaqlar. Oxucularımdan soruşmaq istəyirəm:” Sizcə, erməni yeni savaşa təhrik edən var, ya bu “davakarlıq” hissi canlarındadır? “Qan görəndə qorxan erməni” ni mütləq biriləri qan tökməyə təhrik edir-deyə düşünüb.
Müharibədən sonrakı terror dəstələri
Dünyada erməni terror təşkilatları 100 ildən çoxdur mövcuddur. “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu terror təşkilatlarının bəziləri: “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” , “ASALA”, “Erməni gizli azadlıq ordusu”, “Orli qrupu, “Gənc ermənilər ittifaqı” indi də fəaliyyət göstərir.
Yadınızdadırsa ötən ayların birində Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilməz həyəcanla bildirir ki, “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır:”Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib.Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir. Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.
Bu gün isə (ASİMED) başqanı Savaş Əyilməz növbəti dəfə narahatçılığını bildirib. O, ermənilərin yeni terror təşkilatının “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adı altında fəaliyyət göstərdiyini deyib.Onun sözlərinə görə ermənilər işğalçılıq əməllərinə görə, rüsvaycasına məglub olub və dalana sıxışdığı bir vaxtda çıxış yolunu yenə də terror təşkilatlarında axtarmağa başlayıb: Qarabağı yenidən geri almaq xəyalları ilə qurulan “Hərbi Vətənpərvərlər Məktəbi” adlı bu terror təşkilatı 2021-ci il martın 29-dan etibarən fəaliyyətə başlayıb və məktəb adı altında bu təşkilata fərqli yaş qruplarından erməniləri toplayaraq onlara hərbi təlim keçirlər. təşkilatın fəaliyyəti radikal erməni millətçiliyinə və türk düşmənçiliyinə söykənir. Və hər fürsətdə erməniləri yeni müharibəyə çağırır. “Türklər hər zaman düşməndir”, “Zəif olmağa haqqımız yoxdur”, “Böyük güc olaq və məğlub olmayacağımızı dünyaya sübut edək”, “Bir daha güclü olmağa və xalq-orduya çevrilməyə məhkumuq” kimi şüarlar irəli sürür”
Qeyd edək ki, Ermənistan öz dövlət siysətini Garegin Njdenin Tsexakron təlimi əsasında müəyyənləşdirir. Njde o, ermənidir ki, bütün ömrü boyu türklərə qarşı vuruşub. Həm savaş meydanında , həm də ideoloji cəbhədə. Bütün həyatını Türkə və Türklüyə zərbə vurmağa xərcləyib.
Erməni milli şovinizmini əsrin ilk onilliklərində davam etdirdiyi siyasəti ayaqda tutmaq və onu bütün ermənilər yaşayan yerlərə çatdırmaq üçün belə bir təlimə ehtiyac var idi-qənaətindədi Ermənistan toplumu. Burada əsas məqsəd, Tsexakron ideologiyası çərçivəsidə guya erməni millətini, ana köklərindən uzaqlaşmaq təhlükəsi qarıisinda qalan Erməni diasporasını və xüsusilə gəncləri yenidən səfərbər edərək Türkiyəyə qarşı bir hərəkat meydana gətirmək idi. Garegin Njde önce savaş meydanında Türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur.
Uzun sözün qısası, ermənilərin qan tökmə ehtirası tez bir zamanda sönəcəyinə ehtimal çox azdır.
Allah Azərbaycan ordusunu qorusun! Onun da deməyə sözü olacaq!
Əntiqə Rəşid