Kiyevdə turistlər üçün əsl cəhənnəm yaratdılar, tutuldular KRİMİNAL DƏSTƏ ÜZVLƏRİ ARASINDA AZƏRBAYCANLILAR DA VAR
10-08-2021, 00:06
Kiyevdə rus əsilli israillinin başçılıq etdiyi dəstə, turistlərə restoranlarda hesabın on qatını ödəməyə məcbur edirdi. Turistlər imtina edəndə, dəstə üzvləri onları soyurdular. Dəstə əsasən Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət idi.
Dəstə üzvlərini keçən həftə Kiyev polisi həbs edib. Qeyd olunur ki, onların fəaliyyəti yerli restoran və barlarda adi hala çevrilib və internet saytlarında çoxsaylı xəbərdarlıqların dərc olunmasına səbəb olub.
Agentliyin məlumatına görə, 2020-ci ilin əvvəlindən bəri təxminən 150 turist fırıldaqçıların qurbanı olub. Ofisiantların və restoran sahiblərin dəstə ilə əlbir olub-olmadıqları aydınlaşdırılır. Qeyd olunur ki, turistlər minlərlə dollarlıq çeklər ödəməyə məcbur olurdu. İmtina edildikdə, dəstə üzvləri onları ofisə aparıb zorakılıq və ya psixoloji təzyiq yolu ilə ödəməyə məcbur edirdilər. İstədiklərinə nail olmayanda, fırıldaqçılar turistlərdən pul, mobil telefonları və zinət əşyaları götürərək onları soyurdu.
Rayon prokurorluğundan verilən məlumata görə, qrup lideri artıq İnterpol tərəfindən axtarışa verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həbs olunan dəstə üzvləri arasında Ukrayna və Azərbaycan vətəndaşlarının da olduğunu bildiriblər.
Şübhəlilər məhkəmə tərəfindən təqsirli bilinərsə, onları 7 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Restoran sahiblərinin də həbs olunacağını istisna olunmur.virtualaz\