Bir neçə gün ərzində Yunanıstanın müxtəlif bölgələrində 586 yanğın baş verib

10-08-2021, 07:23           
Bir neçə gün ərzində Yunanıstanın müxtəlif bölgələrində 586 yanğın baş verib
Yunanıstan görünməmiş miqyasda təbii fəlakət yaşayır - ölkənin müxtəlif bölgələrində bir neçə gün ərzində 586 yanğın baş verib.

Trend -in TASS -a istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis xalqa müraciətində bildirib.

O, Yunanıstanda meşə yanğınları ilə mübarizədə köməklik göstərən ölkələrə təşəkkürünü bildirib: "Bir çox ölkələr artıq texniki vasitələrlə və heyəti ilə bizə kömək edir. Həmrəyliklərinə görə onlara təşəkkür edirəm. Ancaq hər şeydən əvvəl, yerində yanğınla mübarizə aparanların hamısına minnətdaram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru