Düşmən tərəfə ötürülən zərərçəkmiş necə ZORLANIR? – “Tərtər işi”ndən daha bir VİDEOFAKT

10-08-2021, 16:25           
Düşmən tərəfə ötürülən zərərçəkmiş necə ZORLANIR? –
“Tərtər işi” cinayətinin növbəti istintaq məlumatını təqdim edirik.

Qeyd edək ki, “Tərtər işi” ilə bağlı Bizim.Media-nın sorğusuna əsasən Respublika Hərbi Prokurorluğu redaksiyamıza bir neçə istintaq videoları təqdim edib.

Bu dəfəki istintaq videosunda N saylı hərbi hissənin zabiti Faiq Əlibəy oğlu Əhmədovun baş leytenant hərbi rütbəsində qulluq edən zaman düşmənlə məxfi əlaqəyə girməsindən, pul müqabilində bir neçə hərbi qulluqçumuzu düşmən tərəfə satdığından bəhs olunur.

Videogörüntüdə Faiq Əhmədovun zərəçəkmiş əsgəri düşmən tərəfə necə ötürməsi, 3 nəfər tərəfindən yaxalanması, başına silah tuşlanaraq zorlanması və digər dəhşətli faktlar yer alıb.

Xatırladaq ki, “Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru vəzifəsində çalışan Hümmət Məmmədov saytımıza müsahibəsində Faiq Əhmədovun Azərbaycan Ordusunda xidmət edən bir neçə hərbi qulluqçunun olduğu yerin koordinatlarını düşmən tərəfinə ötürdüyünü, Ermənistan ordusu tərəfindən bu məlumatlardan istifadə edilərək müvafiq silahlar işlədilməklə hərbi qulluqçumuzu qətlə yetirildiyini bildirmişdi.

O, bu faktların da tam olaraq sübuta yetirildiyini və istintaq materiallarında əksini tapdığını qeyd etmişdi.


MÖVZU İLƏ BAĞLI:

“Tərtər işi”nin müstəntiqindən ÖZƏL MÜSAHİBƏ - İSTİNTAQ VİDEOLARI


Leytenant Faiq Əhmədovun zərərçəkmiş əsgərlə üzləşmə səhnəsi əks olunan videogörüntünü təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru