Dünyamız məhv olur: Sibir meşə yanğınlarının tüstüsü Şimal qütbünü örtdü- FƏLAKƏT, FOTO

10-08-2021, 19:17           
Dünyamız məhv olur:
Sibirdə davam edən meşə yanğınlarının tüstüsü Şimal qütbünə çatıb. Belə bir hal tarixdə heç vaxt olmayıb

Son bir neçə ildə bütün Sibirdə dağıdıcı meşə yanğınları artıb, rusiyalı meteoroloqlar və ekoloqlar bunu iqlim dəyişikliyi və meşəçilik xidmətinin az maliyyələşdirilməsi ilə əlaqələndirirlər.

Bu il Sibirin ən çox ziyan çəkən bölgələrindən biri, rekord yüksək temperatur və quraqlıq müşahidə olunan olunan Rusiyanın ən böyük və ən soyuq bölgəsi, əbədi buzlar diyarı Yakutiya oldu.

TvPress.Az xəbər verir ki, Rusiya Hava Monitorinqi İnstitutu- Roshidromet, bölgədəki vəziyyətin “pisləşməyə davam etdiyini” bildirib.

Roshidromet-in məlumatına görə, Yakutiyada təxminən 8,4 milyon hektar sahə yanıb, o cümlədən ucqar və əlçatmaz ərazilər.

ABŞ kosmik agentliyi NASA peyk görüntülərində “Yakutiyadan Şimal Qütbünə qədər 3000 km-dən çox yol gedən” meşə yanğını tüstüsünün göründüyünü və belə halın ilk dəfə müşahidə olunduğunu bildirib.

NASA-nın yaydığı kadrlar 6 avqustda Rusiyanın əksər hissəsini bürüyən yüzlərlə meşə yanğınının tüstüsünün Arktikanın bir hissəsini və Şimal qütbünü örtdüyünü göstərir.


Ekoloqlar hər il ölkədə yanğınların söndürülməsi xərclərinin vurduğu ziyanı aşdıqda və ya yaşayış məntəqələrinə təsir etmədiyi təqdirdə “müdaxilə etməməyə” icazə verən səlahiyyətliləri böyük meşə sahələrinin yandırılmasında günahlandırırlar.

Rusiya Meşə Təsərrüfatı Agentliyinin məlumatına görə, bu il yanğınlar 14 milyon hektardan çox ərazini darmadağın edib və bu, əsrin əvvəllərindən bəri 2-ci ən böyük yanğın mövsümü olub.

“Greenpeace”-in Rusiyadakı meşəçilik proqramının rəhbəri Aleksey Yaroşenko Rusiyada meşə yanğınlarının artan ərazisini iqlim dəyişikliyinin təsirləri ilə və “dövlət meşə idarəçiliyində xərclərin davamlı azalması” ilə əlaqələndirib.

Elçin Bayramlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru