Qlobal istiləşmənin nüvə stansiyaları üçün təhlükəli olduğu ortaya çıxdı

11-08-2021, 07:33           
Qlobal istiləşmənin nüvə stansiyaları üçün təhlükəli olduğu ortaya çıxdı
Harvard Universitetinin alimi Əli Əhməd nüvə elektrik stansiyalarında baş verən qəzaların sayının artmasını qlobal istiləşmə ilə əlaqələndirib.

Lenta.ru-nun məlumatına görə, o, bununla bağlı araşdırmalarını “Nature Energy” jurnalında dərc edib.

Tədqiqatçı son 30 ildə iqlim dəyişikliyinin nüvə elektrik stansiyalarında qəzaların artmasının səbəblərindən biri olub-olmadığını təhlil edib. Nəticədə qlobal istiləşmənin müəssisələr üçün təhlükəli olduğu ortaya çıxıb. Əhmədin hesablamalarına görə, qurğuların istismarında uğursuzluqların tezliyi son on ildə bir reaktor başına düşən 0,2 qəzadan 1,5 -ə yüksəlib.

Qeyd olunub ki, alim yalnız iqlim istiliyinin səbəb olduğu qəzaları göstərib, təbii fəlakətlər, o cümlədən zəlzələ və ya sunami səbəbiylə meydana gələn fasilələr nəzərə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru