SOCAR-ın vitse-prezidenti təyin edilən Nəcəfov kimdir?- DOSYE

11-08-2021, 23:02           
SOCAR-ın vitse-prezidenti təyin edilən Nəcəfov kimdir?- DOSYE
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Kənan Təhməz oğlu Nəcəfov SOCAR-ın vitse-prezidenti təyin edilib.
K.Nəcəfov 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.
1998-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib.
2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə biznes inzibatçılığı (maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.
1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.
1999-cu ildən 2001-ci ilədək “Baker Botts LLP” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib.
2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda “Exane BNP Paribas” investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə “Citigroup” İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb.
2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
5 avqust 2020-ci il tarixdən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışırdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru