İyul dünyanın ən isti ayı olub

14-08-2021, 08:02           
İyul dünyanın ən isti ayı olub
2021-ci ilin iyul ayı tarixin ən isti ayı olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi məlumat yayıb.

Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi istiliyi 20-ci əsrin orta temperaturu olan 15,8 dərəcə Selsi göstəricidən 0,93 dərəcə yüksək olub.

Qurum 1880-ci ildən bəri hava şəraitini izləyir. İyul ayında əvvəlki rekord temperatur 2016-cı ildə qeydə alınmışdı, daha sonra 2019 və 2020-ci illərdə də eyni rəqəm müşahidə edilmişdi. Hazırkı rekord həmin illərin nisbətlərini 0,01 dərəcə Selsi üstələyib.

Eyni zamanda, 2021-ci ilin iyul ayı Asiyada ən isti ay olub, bu göstərici üzrə ikinci Avropadır (rekord 2018-ci ilin iyul ayında qeydə alınıb).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru