ÜST-ün 80 faizli peyvənd kvotası: Azərbaycanda vaksin olunmayan 11.8 faiz əhali var - ARAŞDIRMA

14-08-2021, 12:58           
ÜST-ün 80 faizli peyvənd kvotası: Azərbaycanda vaksin olunmayan 11.8 faiz əhali var - ARAŞDIRMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarəzədə ən az 80 faiz əhalinin vaksinasiya prosesindən keçməsinin vacib olduğunu bildirib.

Azərbaycanda da peyvəndləmə prosesi aparılır, amma son günlər virusa yoluxma 2 700 civarındadır.

Qeyd edək ki, Azərbaycanda bu ilin 18 yanvarından etibarən vaksinasiya prosesinə başlanılıb. İlkin mərhələdə yaş həddinə görə aparılsa da, hazırda 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər.

Bəs Azərbaycan ÜST-ün dediyi 80 faiz peyvəndləmə həddinə çatıbmı?

Cebhe.info xəbər verir ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 339 121 nəfər təşkil edir.

Dövlət Statistika Komitəsinin (DSK) 16 mart 2021-ci il rəqəmlərinə görə, Azərbaycan əhalisinin sayı 10 milyon 119 min 100 nəfərdir. Əhalinin 2 milyon 885 min 300 nəfəri isə 18-yaşdan aşağı olduğu üçün peyvənd oluna bilməz.

Yəni ölkə əhalinin ümumilikdə 7 milyon 233 min 800 nəfəri peyvənd olunmalıdır ki, onlardan da 5 milyon 671 min 138 nəfəri artıq vaksinasiyadan keçib.

Rəsmi rəqəmlərə istinad etsək, hazırda ölkədə 1 milyon 562 min 662 nəfər vaksinasiya olunmayıb.

Nəzərə alsaq ki, koronavirusa yoluxub sağalanlarda imunitet yarandığından onlar vaksinasiya olunmur.

Azərbaycanda isə bu günə qədər 361 min 501 nəfər koronavirusa yoluxub, onlardan 5125 nəfər isə vəfat edib. Yəni ölkə üzrə hazırda 1 milyon 201 min 161 nəfər vaksinasiyadan keçməyən şəxs var. Bu isə o deməkdir ki, ölkədə əhalinin cəmi 11.8 faizi vaksinasiya olunmayıb.

Göründüyü kimi, ÜST-ün koronavirusla mübarizədə 80 faizli vaksinasiya kvotası Azərbaycanda artıqlaması ilə icra olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.