Onkoloq bütün xərçəng növlərinin ümumi əlamətini AÇIQLADI

16-08-2021, 08:04           
Onkoloq bütün xərçəng növlərinin ümumi əlamətini AÇIQLADI
Rusiyanın baş onkoloqu Andrey Kaprin 90% xərçəng xəstəlikləri üçün xarakterik olan bir əlaməti açıqlayıb.

"Medicina.az" xəbər verir ki, həkim orqanizmdən xaric olan istənilən mayeyə qarşı diqqətli, ehtiyatlı olmağa çağırıb.

"İnsan bəlğəmi, sidiyi, nəcisi, qadınlar uşaqlıq yolu axıntısında istənilən qəribəlik, kəskin fərq, qan izi və bulanıqlıq görərsə, 100% həkimə müraciət etməlidir. Eləcə də bitməyən öskürək, çəki itkisi, zəiflik, tərləmə də insanı narahat etməlidir".

Xərçəngdən qorunmaq üçün ildə bir dəfə çek apdan keçmək, hərəkətli həyat keçirmək, həkimlərin tövsiyələrini diqqətlə yerinə yetirmək lazımdır.

Həddən artıq arıqlamaq və kökəlmək olmaz. Eləcə də kişilər spirtli içki və siqareti tərgitməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru