Əli Həsənovun intim videosu söhbətində - 6 məqam

26-08-2021, 00:09           
Əli Həsənovun intim videosu söhbətində - 6 məqam
Əli Həsənovun Tvitter səhifəsində təhdid olunması ilə bağlı yazdığı status sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunur.

Prezidentin sabiq köməkçisinin iddiasının quruluşu isə olduqca diqqətçəkicidir və güman ki, müzakirələrin səbəbi də budur.

Əli Həsənov yazıb ki: “Dünəndən nə zamansa tualetdə gizli çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş videomun yayımını ertələmək üçün bəzi ünvanlardan təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir, cəzalanacaqlar”.

Əvvəla, sabiq məmur “nə zamansa tualetdə gizli çəkilmiş... videom” deyə qeyd edir, yəni videonun bəzi hissələrinin real olduğunu bildirir. Bu isə həddən artıq ciddi məqamdır: tualetdə video-kameranın qoyulması ikiqat cinayətdir və ağır məsuliyyət yaradır. Əli Həsənov da məhz “tualetdə” sözünü xüsusi vurğulayır.

İkincisi, statusundan belə məlum olur ki, o, videonu görüb və yəqin ki, “hansı tualetdə” çəkildiyini də çox gözəl bilir. Belədə, qaranlıq qalan heç nə olmamalıdır və Əli Həsənov daha cəsarətli “ünvan” göstərə bilərdi.

Üçüncüsü, qəribədir, Əli Həsənov şantaj olunduğunu yazmır, yalnız “təhdid sifarişləri almasından” bəhs edir. Niyə “təhdid almır”, “təhdid sifarişi” alır? Burda “sifariş” hansı anlamdadır? Bu videonun yayılmasının ertələnməsi üçün onu təhdid edənlər nə istəyir? Pul, yoxsa başqa tələb var? Əli Həsənovu nəyə təhrik etmək istəyirlər?

Dördüncüsü, Əli Həsənovun sözlərindən belə çıxır ki, bu videonun yayılmaması üçün yox, yayımının ertələnməsi üçün təhdid sifarişi alır. Bu isə o deməkdir ki, videonun yayılmama ehtimalı çox azdır və deyəsən, Əli Həsənovu da bu statusu yazmağa vadar edən səbəb də budur. Əli Həsənov hesab edir ki, bu “təhdid sifarişlərinin” icrası yalnız prosesi “ertələyə” bilər, qarşısını ala bilməz.

Beşincisi, “bu haqda əvvəlcədən aidiyyəti qurumlara məlumat vermişəm” cümləsindəki “əvvəlcədən” sözü də olduqca düşündürücüdür. Niyə “əvvəlcədən”? Hansı “əvvəlcədən”? “Əvvəlcədən” deyəndə Əli Həsənov o videonun çəkildiyi haqda “əvvəlcədən” məlumatlı olduğunumu demək istəyir?

Böyük ehtimalla belədir. Axı ona “təhdid sifarişləri” dünəndən gəlməyə başlayıb və belədə o, “əvvəlcədən” hara deyə bilərdi ki?

Altıncısı, Əli Həsənovun bu gizli videosu barədə statusu və mövzunun ictimailəşməsində məqsədi nədir?

Ona rəsmi qurumların “təhdid sifarişi” mümkün deyil. Çünki Əli Həsənov “təhdid edilmək” üçün o qədər “tualetlik işlər” görüb ki, onun “tualet videosu”na heç bir ehtiyac yoxdur. Məsələn, Vüqar Səfərli məhkəməsində baş verənlər onun üçün tualet videosundan daha ağır zərbə ola bilər.

Bəs, Əli Həsənov niyə ad çəkmir? Hansı “şəbəkə mafiyası”ndan bəhs edir və ümumiyyətlə, ətrafında baş verən məhkəmə prosesləri fonunda bu tualet videosu niyə ortaya çıxmalıdır və ictimailəşməlidir?

P.S. Əli Həsənovun cəmi 3 sadə cümlədən ibarət tivitində xeyli səhvlər var. Bu isə onun bu statusu yazarkən hansı psixoloji vəziyyətdə olduğunu göstərir.

...Və bu halda belə “şantaj” sözündən istifadə etmir, “təhdid sifarişindən” danışır?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.