Yoxsul ölkələrdə vaksinasiyanın aşağı tempi trilyonlarla dollar ziyana səbəb olacaq

26-08-2021, 07:40           
Yoxsul ölkələrdə vaksinasiyanın aşağı tempi trilyonlarla dollar ziyana səbəb olacaq
2025-ci ilə qədər koronavirus infeksiyasına qarşı vaksinasiyanın aşağı tempi səbəbindən dünya ölkələrinin ÜDM-də 2,3 trilyon ABŞ dolları itkilərə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə "The Economist Intelligence Unit"in araşdırmasında deyilir.

"Zəngin ölkələr yoxsul ölkələrdən 100 dəfə çox koronavirusa qarşı peyvənd təqdim edib. Dünyada peyvənd gecikmələri ciddi maddi itkilərə səbəb olacaq", - mütəxəssislər qeyd edib.

Bu itkilərin təxminən üçdə ikisi inkişaf etməkdə olan ölkələrin payına düşür ki, bu da onların iqtisadi artım tempinə və inkişaf etmiş ölkələrə yaxınlaşmasına mənfi təsir göstərəcək.

"İtkilərlə yanaşı, vaksinasiyada tarazlığın pozulmasının iri siyasi, sosial və geosiyasi təsirləri olacaq", - nəşrin məlumatında qeyd edilir.

Ən böyük itkilər isə Asiya ölkələrinin payına düşür - təxminən 1,7 trilyon ABŞ dolları.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.