ÜST də şübhə altına alırsa: 3-cü dozanı kim və necə vurdurmalıdır? - AKTUAL

27-08-2021, 08:22           
ÜST də şübhə altına alırsa:
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırki mərhələdə koronavirusa qarşı peyvəndin əlavə dozalarını tövsiyə etməyə hazır deyil”.

Bunu brifinqdə təşkilatın baş elmi işçisi Sumya Svaminatan bəyan edib. O qeyd edib ki, ÜST-ün bu məsələdə mövqeyi elmi dəlillərə əsaslanır. Bu dəlillər isə hələlik yetərincə deyil. Brifinq zamanı təşkilat sədri Tedros Adanom Qebreyesus da əlavə doza vaksinlərin tətbiq edilməsi məsələsinə toxunub. O, üçüncü dozanın faydası və təhlükəsiliyini şübhə altına alıb.

“Peyvəndin gücləndirici üçüncü dozasının faydası barədə yekun rəy hələ ki, yoxdur. Biz onun təhlükəsiz olub-olmadığını da bilmirik”, -deyə Qebreyesus bildirib. Qurum rəhbəri ötən həftə ərzində dünya üzrə COVID-lə bağlı ölüm və yeni yoluxma hallarının yüksək səviyyədə sabitləşdiyini vurğulayıb. Onun sözlərinə görə, avqustun 16-22-də dünyada 4.5 milyondan çox yeni yoluxma və 68 indən çox ölüm halı qeydə alınıb.

Belə olan halda, dünya ölkələri və Azərbaycanda 3 cü- doza vaksin insanlara nə üçün vurulur və tibbi cəhədən nə dərəcədə xeyirlidir?

Bununla bağlı Cebhe.info-ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb. O bildirib ki, insanlar 1- ci vaksinin ikinci dozasından 6 ay keçəndən sonra antitellərin yoxlatdırmalıdırlar:

"Əgər həmin zaman antitel keçən müddətdən çoxdursa, 2- ci vaksini vurdurmağa ehtiyac yoxdur. Əgər antitel azalıbsa, immunitetin olmaması deməkdir. Bu şəxslər 2- ci, yəni 3-cü doza peyvəndi mütləq vurdurmalıdırlar. Çox adam bunu yoxlamadan vaksin vurdurur. Ümimiyyətlə, bildirim ki, hər vaksin 2 doza ilə vurulur".

Ədalət Rüstəm bildirib ki, bəzi insanlar antiteli yüksək olsa da, vaksin vurdurub öz sağlamlığını daha da qarantiyə alacağını düşünür:

"Bunu ona görə edirlər ki, orqanizmlərinə nəsə olmasın. Çünki antitellər nə qədər yüksək olarsa, insan orqanizminə bir o qədər xeyirdir. Xəstəliyi yüngül keçirtmək ehtmalı artır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.