SSRİ Ali Sovetinin azərbaycanlı deputat korpusu Heydər Əliyevdən niyə qaçırdı?Sovet deputatlarının tam tərkibi -TARİX

7-03-2016, 09:53           
SSRİ Ali Sovetinin azərbaycanlı deputat korpusu Heydər Əliyevdən niyə qaçırdı?Sovet deputatlarının tam tərkibi -TARİX
SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.

R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclada iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”

Maraqlıdır ki, Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan getməsindən sonra onun SSRİ-nin ictimai həyatında iştirakı ilə bağlı az məlumat var. Mərhum prezidentin təqaüdçü həyatı sürməsi barədə yazılarda daha çox vurğulanır.

… Mərhum prezident Heydər Əliyev 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.

Strateq.az-ın apardığı araşdırmaya görə, XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibi maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib. Onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.

Tanınmışlar sırasında SSRİ xalq artisti, dirijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.

Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.

Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin bu tərkibi mövcud idi. Görünür H. Əliyevə qarşı başlanmış təqib kampaniyası Azərbaycandan olan deputat korpusunu özlərinin keçmiş rəhbərinə qarşı mövqeyini dəyişməyə vadar edib.

Bundan başqa 1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupunun Moskvada hansı mövqe tutması da aydın deyil. SSRİ paytaxtında birbaşa etiraz etməyə gücü çatan deputatlar nədənsə Mərkəzi hakimiyyətin tənqidində maraqlı olmayıblar.

Azərbaycanı təmsil edən Heydər Əliyevə SSRİ xalq deputatları tərəfindən soyuq münasibət isə o dovrün mühitini aydın göstərən barometridr.

Strateq.az XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların tam siyahısını tapa bilib.

Siyahını oxuculara təqdim edirik:

1.Abbasov Qurban Qulu o]lu –Nax.ASSR Millətlər Sovetindən

2.Abasova Lətifə Bilal

3. Abdullayeva Yeganə Güləli

4. Əbdurrəhmanova Mətanət Əhməd

5.Əliyev Əli Nağı – Millətlər Sovetindən

6. Əliyev Heydər – Millətlər Sovetindən

7.Əliyev İsa –Naxçıvan

8. Əliyev Şənlik Müslim

9. Əliyeva Zibar Süleyman qızı

10. Əliyeva Minayə Mirzəbala qızı

11. Əliyeva Həvva Xəlil –Naxçıvan

12. Allahverdiyeva Minayə Qurban

13. Arbatov Georgi Arkadeviç

14. Bağırlı Ramiz

15. Bağırov Kamran

16. Bağırov Oktay

17. Baybakov Nikolay

18.Balayan Vazgen -DQMV

19. Baruşeva Lyubov

20. Behbudov Rəşid –Naxçıvan MSSR

21. Brexov Konstantin

22.Buqayev Boris

23. Həsənova Gövhər

24. Həsənova Xanımcan

25. Həsənova Şamama

26.Qasımov Famil

27. Qurbanova Nailə

28. Hüseynov Adil

29. İbrahimov Hüseyn

30. İbrahimov Mirzə

31.İmralıyev Sərdar

32.Qasımova Sünbül

33. Gevorkov Boris

34. Konovalov Vasili

35.Kutaxov Pavel

36.Mailov Afiq

37.Mayorets Anatoli

38.Məmmədov Rafiq –Naxçıvan

39. Məmmədova Venera –Naxçıvan

40. Məmmədova Nargilə

41.Mamunts Samvel –DQMV

42.Medvdeyev Vadim

43. Müzəffərov Sabir

44.Musayev Fuad

45.Musayeva Tərlan

46.Muxtarov Lətif

47. Nuriyeva Nərgiz

48.Orbelyan Sayda

49.Popkov Mixail –Naxçıvan

50.Rəsulova Lidiya

51.Sadıqova Nəzakət

52.Salayev Eldar

53. Səmədova Qönçə

54.Seyidov Həsən

55.Subotin Aleksandr –Naxçıvan

56. Tağızadə-Hacıbəyov Niyazi

57.Tahirov Həsən –Naxçıvan

58.Tatlıyev Süleyman

59. Xəlilov Qurban

60. Xəlilova Şüküfə

61.Yüsifzadə Ziya -Naxçıvan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.