Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

30-08-2021, 11:33           
Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər".
Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib.
O qeyd edib ki, bəzi xəstələrdə sağaldıqdan sonra M sinfi antikor titrlərinin uzun müddətli aşkarlanmasını izah ediblər:
"Koronavirusun bədənə təsiri aktiv şəkildə öyrənilməyə davam edir. Covid-19 keçirmiş insanların bağırsaq biopsiyalarında infeksiyadan bir neçə ay sonra belə, immun sisteminin cavab verə biləcəyi SARS-CoV-2 virusunun mRNA-sı və viral zülalın olduğu aşkar edilib. Bu müddət ərzində həmin şəxs artıq virusu digər şəxslərə yoluxdurmur. Amma belə bir tapıntının olması bəzi xəstələrdə koronavirusa qarşı erkən IgM antikorlarının uzun müddətli aşkarlanmasını izah edir".
aztehsil












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru