Hər 4-cü rusiyalı müsəlman olacaq – Moskvanın və Rusiyanın etnik tərkibi ilə bağlı şok açıqlama

30-08-2021, 14:45           
Hər 4-cü rusiyalı müsəlman olacaq –
Rusiya Federasiyasının paytaxtı Moskvanın etnik tərkibi ilə bağlı məxfi məlumatlar maraq doğurur. Xatırladaq ki, KİV-də bu məlumat xüsusi xidmət məsləhətçilərindən birinə istinadla hələ 2015-ci ilin mayında ictimaiyyətə açıqlanmışdı.

Sfera.az xəbər verir ki, müasir Moskvanın 11 milyonluq əhalisinin slavyan əsilli (red. rus, ukraynalı və belarus) nümayəndələrinin sayı hazırda cəmi 4 milyon 600 mindir.

Sözügedən məlumatda deyilirdi ki, Moskva əhalisinin 31 faizini ruslar, 14 faizini azərbaycanlılar, 10 faizini tatarlar, başqırlar və çuvaşlar, 8 faizini ukraynalılar, 5 faizini ermənilər, 5 faizini taciklər, özbəklər və qırğızlar, 5 faizini koreyalılar, çinlilər və vyetnamlılar, 4 faizini çeçenlər, dağıstanlılar və inquşlar, 3 faizini beloruslar, 3 faizini gürcülər, 3 faizini moldavanlar, 3 faizini qaraçılar, 2 faizini yəhudilər, 4 faizini isə digər xalqların nümayəndələri təşkil edir.

Məxfi proqnozlara görə, 2000-ci ildən etibarən rusiyalı müsəlmanların sayı 40 faiz artıb, 21-ci əsrin ortalarınadək isə hər dördüncü rusiyalı müsəlman olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru