Ramiz Mehdiyev necə dövlət məmuru idi ki, dövlətin pulunu vermirmiş... - QAZ PULU BORCU VAR...

30-08-2021, 18:25           
Ramiz Mehdiyev necə dövlət məmuru idi ki, dövlətin pulunu vermirmiş... -
Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.

Hurriyyet.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib. Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablamaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.

Əldə etdiyimiz məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru