Kabildə 200-dən çox adamın ölümünə səbəb olan terror aktının TƏFƏRRÜATLARI

30-08-2021, 22:35           
Kabildə 200-dən çox adamın ölümünə səbəb olan terror aktının TƏFƏRRÜATLARI
“ABŞ ordusu bir gün əvvəl Əfqanıstandakı Kabil hava limanında ehtimal olunan terror hücumuna hazırlaşmağa başladı”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti Pentaqondakı müvafiq müzakirənin məzmununu izah edən sənədlərə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mark Milli 25 avqustda səhər keçirilən iclasda Xorasandakı İŞİD terrorçularına aid əhəmiyyətli kəşfiyyat məlumatlarını paylaşdı. O bildirdi ki, İŞİD kompleks şəkildə hücum hazırlayır. Ancaq, bununla bağlı tədbirləri lazımi şəkildə görmək mümkün olmadı. Belə ki, Pentaqon hava limanının əsas girişlərindən biri olan olduqca vacib “Abbi” qapısını bağlamadı. Çünki, İngiltərə ordusunun təxliyə edilməsinə icazə vermək üçün qapını planlaşdırıldığından daha uzun müddət açıq buraxmaq lazım idi. Belə də oldu. Nəticədə bölgəyə daxil ola bilən İŞİD terrorçusu partlayış həyata keçirdi. Nəticədə 13 -ü ABŞ əsgəri olmaqla 200 -dən çox adam öldü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.