Rusiyada şagirdləri döyən erməni əsilli müəllimin görüntüləri yayıldı - VİDEO

11-09-2021, 00:05           
Rusiyada şagirdləri döyən erməni əsilli müəllimin görüntüləri yayıldı - VİDEO
Rusiyanın Krasnoyarsk şəhərində şagirdləri döyən və təhqir edən erməni əsilli müəllimlə bağlı araşdırma başladılıb.

​İlk dəfə Lilit Vardanyanın adı 2019-cu ildə iki qıza yumruqla hücum edən zaman hallanıb. Sonra o işdən çıxıb və yəqin ki, cəzadan qaçıb – hər halda mediada bu barədə heç nə yazılmadı.
Daha sonra Vardanyan 13 nömrəli gimnaziyada işə düzəlib və dərsin ilk günlərindən yenə əvvəlki kmi uşaqları təhqir etməyə davam edib.

Şagirdlər şikayət ediblər ki, ingilis dili müəllimləri sinifdə qışqıraraq onları “ləng tısbağalar”, “axmaqlar” adlandırır, hətta bəzi şagirdləri ağladır.

Krasnoyarsk administrasiyasının təhsil şöbəsinin mətbuat katibi Ekaterina Usatenko bildirib ki, müəllim artıq işdən çıxarılıb.

“Valideynlərin şikayət etdiyi gün məktəb rəhbərliyi hərəkətə keçdi, müəllim dərsdən uzaqlaşdırıldı və bu gün öz istəyi ilə istefa verdi. İstintaq Komitəsi hadisəni nəzarətə götürüb, məktəbdən sənəd istəyiblər, düşünürəm ki, tədbir görüləcək və bu vəziyyət bir daha təkrarlanmayacaq”.///oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru