Bu il Azərbaycanda intihar edənlərin sayı açıqlandı: Ən çox kişilərdir - VİDEO

11-09-2021, 07:19           
Bu il Azərbaycanda intihar edənlərin sayı açıqlandı: Ən çox kişilərdir - VİDEO
“2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib”.

Bunu AZTV-yə açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O deyib ki, intihar hadisələrinin 115-i paytaxtda, digərləri isə respublikanın rayon və şəhərlərində qeydə alınıb:

“İntihar faktları ilə bağlı aparılmış araşdırmalar nəticəsində bu səbəblər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkmə, narkotik vasitə və spirtli içkilərin aludəçisi olma, eləcə də, yaxın qohumlarını itirmə və başqa səbəblərə rast gəlinir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru