Döyüş imkanlarını gizlədən Tehran:İranın hərbi potensialına dair faktlar nə deyir? - Təhlil

9-03-2016, 09:27           
Döyüş imkanlarını gizlədən Tehran:İranın hərbi potensialına dair faktlar nə deyir? - Təhlil
Konstantin Sivkov,
Rusiya EA-nın müxbir üzvü, hərb elmləri doktoru
Hərbi-coğrafi baxımdan İranın durumu olduqca sərfəlidir. O, ən azı, indiki dövrdə öz ərazilsini NATO qruplaşmaları və yaxud İsrail üçün təklif etməyə hazır olmayan ölkələrlə həmsərhəddir.

Güman etmirəm ki, Türkiyə buna gedər, çünki İslam aləmində dirçəlişə iddia edir və İsraillə mürəkkəb münasibətləri var. Lakin İranın müttəfiqi Suriya hökuməti əleyhdarları tərəfdən bu ölkədəki daxili münaqişəyə cəlb edilməyi, həmçinin NATO-ya üzvlüyü nəzərə alınsa, Ankara müəyyən şərtlərlə öz ərazisini bu cür əməliyyatlar üçün verə bilər.

Pakistanda antiamerika əhvalı güclüdür. Buna görə də NATO-nun xeyli qoşun kontingentinin yerlşdirilməsi olduqca çətindir. Lakin Pakistanın ABŞ-dan iqtisadi asılılığı və siyasi elitadakı güclü Amerikayönlü lobbi buna səbəb ola bilər ki, ölkə rəhbərliyi müəyyən basqı zamanı İranla müharibə üçün nəzərdə tutulmuş qoşun qruplaşmalarının yerləşdirilməsinə razılıq verər.

Bağdad Tehranla, ən azı, tərəfsiz münasibət saxlamağa çalışır və çox ehtimal ki, qonşuya müdaxilə üçün imkan verməz. NATO silahlı qüvvələrinin Əfqanıstandakı qruplaşmaları ölkə ərazisinə nəzarət etmək iqtidarında deyil. Həm də əhəmiyyətli qoşun qruplaşmalarının yerləşdirilməsi və və müntəzəm döyüş əməliyyatlarının təchizatı üçün yetərincə infrastruktur yoxdur.

Daha çox Səudiyyə Ərəbistanı və qonşu ərəb monarxiyaları İrana qarşı əməliyyat üçün meydan olmağa razılaşar. Onlar nisbətən inkişaf etmiş, əhəmiyyətli kontingent yerləşdrməyə imkan verən hərbi struktura malikdir. Lakin bu ölkələrin İranla ümumi sərhədi olmadığından əraziləri başlıca olaraq HHQ-nin yerlşdirilməsi üçün istifadə edilə bilər.

İranın hərbi potensialı Yaxın Şərqdə ən güclü qüvvələrdən biridir. Silahlı qüvvələr şəxsi heyətin yaxşı bacarığı ilə seçilir. Onun döyüş ruhu olduqca yüksəkdir. Bu da önəmli dərəcədə onunla müəyyən olunur ki, İran rəsmi din qismində şiə yönlü İslamın seçildiyi teokratik dövlətdir. Bu, günümüzün ən passionar dini cərəyanlardan biridr.

İran SQ iki müstəqil komponentdən – ordudan və İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) ibarətdir. Onların hər birinin dinc və hərbi dövrdə uyğun idarəçilik sistemi olan quru qoşunu, HHQ və HDQ var. İran nizami silahlı qüvvələrinin ümumi sayı 900 min nəfəri keçir. Bunun, təxminən, 670 min nəfəri ordunun və SEPAH-ın quru qoşunlarında, 100 minə qədəri HHQ-də, 45 min nəfərdən çoxu HDQ-də, həmçinin tam 150 min nəfəri “Bəsic” müqavimət qüvvələrində və xüsusi təyinatlı “Kode” qüvvələrindədir. Quru qoşunlarının ehtiyatı 10 milyonluq səfərbərlik resursu müqabilində 350 min nəfər təşkil edir.

Açıq mətbuatın materiallarına görə, quru qoşunlarının döyüş tərkibində 1600-dən çox tank (540 ədəd T-55, 480 ədəd T-72, 168 ədəd M 47, 150 ədəd M60, 100 ədəd “Çiftən”, tamamilə müasir İran istehsallı 100 ədəd “Zülfüqar” və 75 ədəd T-62 ), 550-670 piyadaların döyüş maşını, 2085 hərəkətsiz və 310 hərəkətli artilleriya silahı, 870-ə yaxın САУ, 870 RYAS, 1700 HHM ordusu zenit silahı, tank əleyhinə xeyli miqdarda silah, həmçinin 220-dən az olmayan helikopterlər var. Bundan başqa, 32 ədəd “Şahab-3” ortamənzilli ballistik raket (OMBR) və 64 OMBR taktiki əməliyyat raketi var.

HHQ-nin döyüş gücünü 25 Miq-29, 65 qırıcı-bombardmançı F-4, 60-dan çox F-5, 24 “Miraj” F1 və 60 F-14, həmçinin 30 Su-24 cəbhə bombardmançısı təşkil edir. HHQ-nin tərkibində isə cəmi 30 döyüş və 100 nəqliyyat təyyarəsi, 400-dən çox müxtəlif təyinatlı helikopter var.

İran HDQ Fars körfəzi zonasında ən yüksək döyüş qabiliyyətli qüvvə hesab edilir. Onun tərkibinə 5 gözətçi gəmi, 20 raket gəmisi və 20 torpedo kateri, 13 desant gəmisi, 28 köməkçi gəmi, 3 sualtı qayıq, 22 təyyarə və 15 helikopter daxildir.

Bundan başqa, İran HDQ-nin tərkibində 20 atölçülü sualtı qayıq və 10-a yaxın sahil raket kompleksləri var.

HHM raket kompleksləri ilə təmsl olunur. Əsasən Rusiya istehsalı olan bu qurğuların 10-u S-200 ZRK və 45-i S-75, həmçinin 29 “Тор-М1” və 10 “Zireh” S-1 ZRK-dir. HHM-nin tərkibində Britaniyanın yaxın radiuslu 30 ədəd “Rapira” ZRK və 150 ədəd Amerika istehsalı Improved Hawk ZRK var. HHM-nin tərkibində cəmi 3000 ədəd zenit atəşi vasitələri var. Məlum olduğu kimi, Rusiya İrana S-300 ZRK tədarük edir.

Həsəd aparılası potensiya

İran silahlı qüvvələrinin döyüş imkanları ciddi-cəhdlə gizlədilir. Lakin onun döyüş tərkibi və miqdarının təhlili əsasında xarici təcavüzə qarşı durmaq iqtidarını yetərincə ehtimalla dəyərləndirmək olar. İran HHQ və HHM əməliyyat pərdələnməsinin effektli tədbirləri şərtilə hətta ən müasir hava rəqibinə gerçək müqavimət göstərməyə qadirdir, xüsusən də NATO HHQ və İsrailin 300-350 təyyarəlik və 500-dək qanadlı raketlik hava hücumunu tamamilə poza bilər.

Bununla belə, İran HHQ və HHM sistemlərinin gözlənilən itkiləri kritik həddi keçmir və döyüş qabiliyyətini qoruyacaq, halbuki təcavüzkar aviasiyanın 5-12%-i itiriləcək. Eyni zamanda İran silahlı qüvvələri OMBR-i tətbiq etməklə rəqibin əməliyyat dərinliyindəki silahlı qruplaşmalarının obyektlərinə raket zərbələri endirə və 2-4 gün ərzində altı aerodromu 10-15% təyyarə və helikopterləri ilə sıradan çıxarda bilər.

İran HDQ ancaq sahilyanı rayonlarda sahildən 150 km uzaqlıqda güclü dəniz rəqibinə (məsələn, ABŞ donanmasına) qarşı durmağa qabildir. Amerika hərb mütəxəssislərinin keçirilən hərbi əməliyyatların kompüter modelləşdirilməsindən sonra etdikləri dəyərləndirməyə görə, ABŞ HDQ Fars körfəzinə girdikdən sonra onun itkisi İran üçün əlverişli şəraitin inkişafı halında son dərəcə önəmli ola bilər. İran HDQ-nin də itkiləri olduqca əhəmiyyətli ola bilər və bağlanğıc döyüş heyətinin 70%-i təşkil edər.

İranın quru qüvvələri tam səfərbərlik halında rəqib ordunun zərbələrini tam şəkildə dəf etməyə qadirdir. Bu, ərəb müttəfiqlərin yardımı ilə ABŞ kimi daha inkişaf etmiş ölkələrin ordusu olsa, İran SQ 200-250 min nəfərlik zərbə qruplaşmasını tamamilə dəf edə bilər.

Hərbi-siyasi təhlil göstərir ki, İran SQ-nin indki heyəti ölkəni təhdid edən indiki təhlükələrə münasibdir və hətta hərbi deyil, digər amilləri də nəzərə almaqla onları zərərsizləşdirər.

Dalaşmaq yox, söyüşmək olar

İranın açıq rəqibləri olan bölgə ölkələrinin potensialı onlara müstəqilcəsinə və yaxud hətta koalisiya halında İrana qarşı çıxış etməyə imkan vermir. Məsələn, Səudiyyə Ərəbistanı SQ-in güclü texniki təchizatına malik olmaqla mənəvi potensial və döyüş bacarığı baxımından İrandan xeyli geridə qalır. Krallığın qatıldığı döyüşlər bunu yaxşı sərgilədi.

Arxa cəbhədə kürd problemi olan Türkiyə, çətin ki, hətta səudlar və Körfəzin digər monarxiyaları ilə ittifaqda İrana qarşı savaşa qərar versin. Açıq düşmən olan İsrail əsas rəqibə qarşı səmərəli siyasi məqsədlərlə azdan-çoxdan ciddi təcavüz həyata keçirtmək üçün onun ərazisindən xeyli uzaqdır.

Prinsipcə İrana qarşı təcavüz ABŞ tərəfdən mümkündür. Bu, Tehranın Fars körfəzi zonasında öz nüfuzunu fəal şəkildə genişləndirməyi ilə bağlı ola bilər. Çox güman ki, bu cür təcavüz Yuqoslaviyada olduğu kimi irimiqyaslı hava kampaniyası tipində olacaq. ABŞ ciddi insan itkisindən yayınmağa cəhd edib quru qoşununun əməliyyatından yayınmağa çalışacaq. Bu cür əməliyyat İranın nüvə kompleksini tam şəkildə məhv etmək və iqtisadi obyektlərini dağıtmaq məqsədi güdə bilər. Bu zaman bölgədə İrana qarşı koalisiyanın yaradılacağı şübhəsizdir.

Avropada və ABŞ-ın özündə artan böhran, həmçinin əməliyyat uzanacağı təqdirdə beynəlxalq ictimaiyyət tərəfindən basqı, qarşıya qoyulmuş məqsədə çatmadan onun dayandırılmasına səbəb olacaq. Yəni, ola bilsin ki, iflasla başa çatacaq.

Bu, baş verməsin deyə ABŞ və müttəfiqləri İranın HHQ və HHM münasibətdə həm say, həm də keyfiyyət baxımından aviasiya qruplaşmasında üstünlük təşkil etməli olacaq. Yəni sayca 1500 maşından az olmayan qruplaşma yaratmaq lazım gələcək. Bundan başqa, əsasən strateji aviasiya üçün 1500-2500 qanadlı raketin ayrılması zəruridir. Qarşıdakı döyüşlər rayonuna çatdırlmalı olan yükün ümumi həcmi 2-3 milyon tonu keçə bilər. Bu cür əməliyyata ümumi məsrəf isə trilyon dolları keçəcək. Bu, hətta ABŞ üçün də olduqca həssas itkidir.

İrana zərbə neft qymətlərini sıçradacaq və Avropada əlverişsiz iqtisadi durum yaranacaq, Çinin mənfi reaksiyasını doğuracaq.

Eyni zamanda təkcə hava hücumları ilə Tehranın nüvə proqramını pozmaq mümkün olmayacaq, çünki ən mühüm obyektlər hətta ən qüdrətli döyüş sursatları ilə məhvi mümkünsüz qayalı sığınacaqlarda gizlədilib. Nüvə silahının tətbiqi isə siyasi təsəvvürlərə görə mümkün deyil.

Bu gün antiiran koalisiyası yaratmaq da asan iş deyil. Bu cür müharibəyə cəlb edilmək ABŞ-ın bütün potensial tərəfdaşları üçün daxili problemlərin kəskinləşməsinə səbəb olar. BMT TŞ-da İrana qarşı əməliyyat keçirməyə icazə verən qətnamə qəbul etdirmək də çətin baş tutar. Bu isə ABŞ-ın bölgə müttəfiqlərinin koalisiyaya qoşulmaq arzusunu ciddi şəkildə soyudacaq.

Yəni İran ona qarşı irimiqyaslı təcavüzü praktik olaraq mümkünsüz edən şərait yaradıb.
Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.