Rusiyada təyyarənin sərt eniş etməsinin səbəbi açıqlanıb

13-09-2021, 07:38           
Rusiyada təyyarənin sərt eniş etməsinin səbəbi açıqlanıb
Rusiyanın İrkutsk əyalətində L-410 sərnişin təyyarəsinin sərt eniş etməsinə naviqasiya sistemindəki nasazlıq səbəb olub.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, ekipajla əlaqə kəsilib. Onlarla rabitəyə çıxmaq mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı 12 nəfər xəsarət alıb, daha 4 nəfər həlak olub. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlara müxtəlif sınıqlar və kəllə-beyin xəsarətləri diaqnozları qoyulub.

Ölənlər arasında təyyarənin heyət üzvünün rəhbəri də var.

Hadisə zamanı təyyarədə 16 nəfər olub.

Faktla bağlı cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru