Nigeriyada səkkiz ayda 1 000-dən çox məktəbli oğurlanıb

13-09-2021, 07:45           
Nigeriyada səkkiz ayda 1 000-dən çox məktəbli oğurlanıb
Cari ilin yanvar-avqust ayları ərzində Nigeriyada 1 000-dən çox məktəbli oğurlanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq “Save the Children” təşkilatının məruzəsində bildirilib. Qeyd edilir ki, oğurlanan məktəblilərin əksəriyyəti hələ tapılmayıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, 2020-2021 illərdə Nigeriyada məktəblərə hücumların sayı əhəmiyyətli dərəcədə artıb, bir çox təhsil müəssisələrini bağlamaq lazım gəlib, ölkənin təhsil sistemi "ekstremal risk"lə üzləşib.

Nigeriyanın “Save the Children” təşkilatının direktoru Mersi Qiçuxi də həmçinin məktəblərə hücumla bağlı narahatlığını ifadə edib.

"Təhsil sisteminin obyektlərinə hücumları bütöv nəsilə hücum kimi qiymətləndirmək olar", - təşkilatın nümayəndəsi hesab edir.

O, vurğulayıb ki, uşaqlar və qadınlar belə hücumlar zamanı acizdir.

Nigeriyada uşaqlar məktəblərə hücumlara görə təhsildən imtina etməyə məcbur olublar.

Son aylar məktəblilərin oğurluğu Benue, Kaduna, Plato, Katsina və Zamfara ştatlarında baş verib.

Bir çox məktəblər və universitetlər hücumlara görə tədrisi dayandırmağa məcbur olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru