ÜST: "Peyvənd pasportları səyahət üçün istifadə edilməməlidir"

15-09-2021, 00:02           
ÜST: "Peyvənd pasportları səyahət üçün istifadə edilməməlidir"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

"Peyvənd pasportlarının səyahət üçün şərt olaraq istifadə edilməsini istəmirik. Bunun səbəbi hazırda heç də hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkilik üçün bir vasitə olacaq", - Qebreyesus bildirib.

ÜST-ün baş direktoru qeyd edib ki, gələcəkdə vaksin olunanların sayı artdıqca, bu ehtimal nəzərdən keçirilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru