Pfizerin içindən çöküntü çıxdı – Şirkətdən etiraf

16-09-2021, 07:20           
Pfizerin içindən çöküntü çıxdı –
Yaponiyada tətbiq zamanı Pfizerin 95 ampulasında çirkləndirici maddələr aşkarlanıb.

Teref.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 5-dək ölkənin müxtəlif bölgələrində tətbiq olunan koronavirus əleyhinə peyvəndin tərkibində yad maddələr ortaya çıxıb.

Şirkət Tokiodakı mətbuat konfransında tapılan çirklərin həll edilməmiş çöküntü olduğu üçün təhlükəsizlik baxımından narahatlıq yaratmadığını açıqlayıb. Ağ, həll olunmamış çöküntünün bəzən görülə biləcəyi iddia edilib.

Həmçinin flakon tərs çevrildikdə həll olunmasa da, peyvənd edərkən heç bir təhlükəsizlik problemi yaratmadığı bildirib.

Qeyd edək ki, Pfizer peyvəndinin tətbiqindən sonra bəzi şəxslərin bədənində yara əmələ gəlməsinə dair faktlar var. (bizim.media)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru