Koronavirusun sağaldıqdan sonra izi qalan daha bir fəsadı aşkarlanıb

16-09-2021, 07:30           
Koronavirusun sağaldıqdan sonra izi qalan daha bir fəsadı aşkarlanıb
Koronavirus keçirməyənlərlə müqayisədə xəstəliyi keçirənlərdə ürək əzələsi iltihabı 37 dəfə çox müəyyən edilib.

Türkiyənin yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümit Savaşçı bunun çox ciddi göstərici olduğunu deyib.

Onun sözlərinə görə, peyvənd olunmaq ürək əzələsi iltihabından daha çox qoruyacaq.

Həkim qeyd edib ki, peyvənd vurduranlar ürəklə bağlı narahatlıq keçirməsinlər.

O vurğulayıb ki, insanda bəzi xroniki xəstəliklər, bədəndə çox laxtalanma riski varsa, bu şəxslər həkim tövsiyələrinə daha çox riayət edərək qan durulaşdırıcılar qəbul edirlərsə, bu dövrdə mütləq qəbul etdikləri dərmanlara diqqət yetirməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru