Tələbələr təhsil haqlarını bu şəkildə ödəyəcəklər - YENİLİK

16-09-2021, 15:38           
Tələbələr təhsil haqlarını bu şəkildə ödəyəcəklər - YENİLİK
Bu ildən ödənişli əsaslarla təhsil alan tələbələr ali təhsil müəssisələrinin illik ödənişlərini "Edupay" vasitəsilə onlayn şəkildə həyata keçirə biləcək.

Bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abıyev deyib.

Onun sözlərinə görə, bu həm kartdan köçürmə, həm də MilliÖn və banklardan ödəniş yolu ilə icra edilə bilər.

"Bunun üçün tələbənin invoys nömrəsini qeyd etməsi kifayətdir. Burada onun hansı təhsil müəssisəsində təhsil aldığı, illik təhsil haqqının nə qədər olduğu və hansı dövr üçün ödəniş etmək istədiyi ilə bağlı məlumatlar var. Həmçinin akademik borclar da müvafiq sistem vasitəsilə icra olunacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru