Hər gün şəkər yemək istəyirsinizsə:

15-10-2021, 19:09           
Hər gün şəkər yemək istəyirsinizsə:
Hindistanlı dietoloq Pudja Mahica şəkərli qidaları sevənlərə orqanizmə zərər vurmamaq üçün şəkər əvəzedicisindən istifadə etməyi məsləhət görüb.

Cebhe.info xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.

Həkim Mahica bildirib ki, şəkərli qidaları azkalorili alternativlərlə əvəzləmək lazımdır:

"Bunu etmək heç də şirniyyatdan tamamilə imtina etmək deyil", - deyə dietoloq vurğulayıb.

Həkim Cənubi və Mərkəzi Amerikada eyni adlı bitkinin yarpaqlarından hazırlanan təbii bir dadlandırıcı olan steviyadan istifadə etməyi məsləhət görüb:



"Steviya şəkərdən 200 qat daha şirindir, lakin kalorili deyil, karbohidrat ehtiva etmir və qan qlükozasına təsir etmir. Bununla birlikdə steviya antibakterial xüsusiyyətlərə malikdir və diş sağlamlığı üçün faydalıdır", -deyə Mahica əlavə edib.

Həkim bildirib ki, şəkərli qida yemək istəyi bədəndəki protein çatışmazlığından yaranır.

"Buna görə də zülallı qidalar gündəlik qidalanmadan əskik olmamalıdır", - deyə Mahica sözünü yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru