600 il əvvəl baş vermiş fəlakət: 2055 gün davam etmişdi – Yenidən təkrarlanır?

21-10-2021, 11:17           
600 il əvvəl baş vermiş fəlakət: 2055 gün davam etmişdi –
İspaniyanın La Palma adasında sentyabrın 19-dan etibarən aktivləşən Kumbre Vexa vulkanı indiyə qədər 85 milyon kubmetr lava püskürüb.

Teleqraf.com xəbər verir ki, püskürməyə başladığı ilk ayını başa vuran vulkan rekord həcmdə lava püskürməyə davam edir.

İspaniya Vulkanologiya İnstitutu vulkandan indiyədək 85 milyon kubmetr lava çıxdığını, 9 milyon kubmetr külün ətrafa yayıldığını və 56 min ton kükürd dioksidin atmosferə buraxıldığını açıqlayıb.

Vulkandan çıxan lava təxminən 900 hektar ərazini əhatə edib. Əsasən kilsələr, qəbiristanlıqlar və idman müəssisələri də daxil olmaqla əksəriyyəti evlər olan təxminən 2000 binanı yandırıb.

İndiyədək bölgədən 7 min insan evlərindən təxliyə edilib.

Rəsmi qurumlar sentyabrın 28-də Atlantik okeanına tökülən lavanın ikinci yol açaraq dənizə çatacağı təqdirdə yeni təxliyələrin başlaya biləcəyini açıqlayıblar. Açılan ikinci yolla axmağa davam edən lavanın dənizdən cəmi 100 metr aralıda olduğu və yaxın saatlarda dənizə çatacağı bildirilir.

Son 600 ildə Kanar adalarında 16 vulkan püskürməsi görülüb. Bu püskürmələrdən ən uzunmüddətlisinin 1730 -cu ildə Lanzarot adasında baş verdiyi və Timanfaya vulkanındakı lava axınının təxminən 6 il (2 min 55 gün) davam etdiyi bildirilib.

Mütəxəssislər Kumbre Vexa vulkanının qısa və orta müddətdə sönməsinin gözlənilmədiyini və lava axını və qaz emissiyalarının hələ də çox yüksək səviyyədə olduğunu deyirlər.

La Palma adasında son vulkan püskürməsi 1971-ci ildə baş verib və Tenegiya adlı vulkan 24 gün aktiv qalıb. Digər yandan, yerləşdiyi bölgənin adına görə yerli əhali və mətbuat tərəfindən “Kumbre Vexa” adlandırılan aktiv vulkanın rəsmi adı hələ verilməyib.

Müəllif: Mənsur Rəğbətoğluшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.