Moskvada Azərbaycan bayrağını təhqir edən ticarət mərkəzi ilə bağlı REAKSİYA - VİDEO

11-11-2021, 07:40           
Moskvada Azərbaycan bayrağını təhqir edən ticarət mərkəzi ilə bağlı REAKSİYA - VİDEO
Xəbər verdiyimiz kimi Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilib. Belə ki, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub.

Rusiyada yaşayan həmyerlilərimiz bununla bağlı sosial şəbəkələrdə video yayımladıqdan sonra məsələ böyük narazılığa səbəb olub.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Rusiyada yaşayan azərbaycanlı jurnalist və politoloq Anar Həsənov bildirib ki, problem artıq həll olunmaq üzrədir.

“Qeyd edim ki, “Biznes Park Rumyantseva” adlanan ticarət mərkəzinin sahibi erməni deyil, lakin orada çalışan işçilər arasında bir xeyli erməni milliyətinin nümayəndələri var. Məndə olan məlumata görə, artıq orada olan lentin demontaj işləri gedir. Hazırda şəxsi təşəbbüslər nəticəsində bu neqativ hal aradan qaldırılır”.

Politoloqun sözlərinə görə, Rusiyada yaşayan həmyerlilərimiz dərhal məsələ ilə bağlı narazılıqlarını mərkəzin rəhbərliyinə bildiriblər. Mərkəzdən onlara atılan addımın heç bir təxribat xarakter daşımadığı bildirilib.

“Narazılıq edən kəslərə mərkəzdən bildiriblər ki, bu bilərəkdən edilən hərəkət deyil. Sadəcə, təsadüfən rənglər üst-üstə düşüb. Onların heç bir halda Azərbaycanı təhqir etmək fikri olmayıb”.

Vüsalə Balayeva, Bizim.Media













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru