Rusiyada 50-dən çox oğlana qarşı əxlaqsız hərəkət edən keşiş öz rütbəsindən məhrum edildi - FOTO

11-11-2021, 09:15           
Rusiyada 50-dən çox oğlana qarşı əxlaqsız hərəkət edən keşiş öz rütbəsindən məhrum edildi - FOTO
Birobisan yeparxiyasının kilsə məhkəməsi uşaqlara təcavüz etməkdə təqsirli bilinən keşişi rütbəsindən məhrum edib. Bu barədə yeparxiyanın saytında bildirilir.

Beləliklə, iclas zamanı Yeparxiya Kilsəsi Məhkəməsi bir sıra kanonik qaydaları rəhbər tutaraq, iyeromonax Spiridonun (Abramov) 53 oğlan uşağına qarşı əxlaqsız hərəkətləri, monastır andını və kahinlik andını pozduğu barədə təqsirini etiraf etməsinin əlində əsas tutub.

Kilsə məhkəməsinin qərarı təsdiq olunmaq üçün Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə göndəriləcək.

Noyabrın 8-də məhkəmə 53 oğlan uşağı əxlaqsızlığa cəlb etdiyinə keşişi 18 il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, 39 yaşlı iyeromonax Spiridon (Yuri Abramov) köməkçisi, 26 yaşlı Sergey Moos ilə birlikdə 2007-ci ildən uşaqları əxlaqsızlığa cəlb edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru