Utananın ƏDV-si geri qayıtmaz - VİDEO

11-11-2021, 16:14           
Utananın ƏDV-si geri qayıtmaz - VİDEO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb.

Oxu.Az-ın məlumatına görə, videoda istehlakçılara aldıqları məhsullara görə çek tələb etməkdə utanmamaq tövsiyə olunur.

“Əgər əlavə dəyər vergisindən öz payınızı qaytarmaq istəyirsinizsə, nəzərə alın ki, üzərində məhsulun və ya xidmətin adı, miqdarı, qiyməti və yekun məbləği hesablanmış ƏDV kassa aparatının markası və zavod nömrəsi, 12 simvollu fiskal ID və malın QR kodu qeyd olunmalıdır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “ƏDV geri al” ilə nağd ödənişlərdə 10 faiz, nağdsız ödənişlərdə isə 15 faiz vəsait geri qazanmaq şansı mövcuddur. Bu vəsaitləri toplaya və istədiyiniz kimi xərcləyə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru