Avropada koronavirusdan ölüm 10 dəfə azalıb

12-11-2021, 08:19           
Avropada koronavirusdan ölüm 10 dəfə azalıb
Avropada koronavirusa yoluxma hallarının kəskin artmasına baxmayaraq, qitədə 2020-ci ilin sonu ilə müqayisədə ölüm halları 10 dəfə azalıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata görə, son 3 həftə ərzində Avropada yoluxma artıb. Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Baltikyanı ölkələr və bir sıra digər dövlətlər hazırda yoluxma sayına görə öndədir.

Bununla belə, ölüm nisbəti dəfələrlə aşağı düşüb. Məsələn, yanvarda Almaniyada gündə 1 200 insan xəstəlikdən ölürdüsə, hazırda bu rəqəm 150 nəfər təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru