Britaniya Ebola virusuna qarşı peyvəndin sınaqlarına başladı

12-11-2021, 08:31           
Britaniya Ebola virusuna qarşı peyvəndin sınaqlarına başladı
Böyük Britaniyada Ebola virusuna qarşı yeni vaksin sınaqdan keçirilir.

Sözügedən peyvənd Oksford universiteti tərəfindən hazırlanıb.

Peyvənd bütün dünyada demək olar ki, Ebolanın bütün epidemiyalara və ölümlərə səbəb olan iki ştammına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub.

“Yeni peyvənd Zair və Sudanın ştammlarını hədəf almaq üçün nəzərdə tutulub. Onların ən ölümcül forması Zairdədir və müalicə edilmədikdə 70-90 % ölümə səbəb olur”.

Peyvənd soyuqdəymə (zökəm) virusunun insanlarda təkrarlana bilməyəcək, genetik cəhətdən dəyişdirilmiş zəif versiyasına əsaslanır.

Universitet peyvəndin könüllülər üzərində 1-ci faza sınaqlarına başlayıb.

Sınaqda iştirak edən 18-55 yaş arasında olan 26 nəfər altı ay ərzində izləniləcək. Nəticələr 2022-ci ilin ikinci rübündə gözlənilir.

Mənbə: Sky News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru