“Etnik kimliyin siyasi birlik üçün baza olması fikri sadəcə sadəlövh, primitiv duyğulara əsaslanan bir mifdir” fikrinə cavab...

15-11-2021, 12:17           
“Etnik kimliyin siyasi birlik üçün baza olması fikri sadəcə sadəlövh, primitiv duyğulara əsaslanan bir mifdir” fikrinə cavab...
“Etnik kimliyin siyasi birlik üçün baza olması fikri sadəcə sadəlövh, primitiv duyğulara əsaslanan bir mifdir”. Professor Altay Göyüşov belə yazır. Təbii ki, hörmətli Altay bəy Türk Birliyinə dolayısı ilə belə etiraz edir. Bu birliyi süngü ilə qarşılayan RUS və İRAN yanıları, o cümlədən bizim bəzi etnik dostlarımız bu statusa səxavətlə like atırlar. Düşünə bilirsizmi, adamın adı Altaydır, ancaq Türk Birliyinə dodaq büzür. Xatırladım ki, Altay bəy bir vaxtlar müsavatçı olub. Təbii ki, o vaxt belə şeylər danışmazdı...
Yaxşı, bizlər-yəni Türk Dünyasının birləşməsinin tərəfdarları primitiv varlıqlardır. Reallıqlara arxa çevirib miflərlə yaşayırlar. Bunu başa düşdük. Bəs aşağıdakıları necə izah edəcəksiz?...
ABŞ, Böyük Britaniya və Avstraliya arasında yeni müdafiə Paktının (AUKUS) təsis olunması hansı prinsipə söykənir? Böyük demokrat hesab etdiyiniz Co Bayden Çinə qarşı bu paktı yaratmaq üçün etnik kimlikdən çıxış etmədimi? Çağdaş demokratiyanın beşiyi olan Fransa bunu müttəfiqləri tərəfindən atılmış xəyanətkar addım kimi dəyəndirmədimi?
Şübhəsiz ki, ABŞ, Böyük Britaniya və Avstraliya ittifaqına Kanada da qoşulacaqdı. Sadəcə, ortada Fransa amili olduğuna görə bunu edə bilmədi. Çünki Kvebek Kanadanın ən böyük əyalətidir. Bu əyalət isə faransızdillidir. Bu əyalət dəfələrlə Kanadadan ayrılmaq üçün separatçı üsyanlara səhnə olub. 36 milyon əhalisi olan Kanadanın 9 milyon nəfəri fransızdillidir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci kraliçası II Elizabet (1952-ci ildən) həm də Avstariliya və Kanadanın kraliçası deyilmi? II Elizabet nə qədər ölkənin hökmdarıdır? O ölkələrin çoxu etnik baxımdan tam fərqlidir. Sadəcə, ingilis müstəmləkə tarixinə və dilinə görə hələ də II Elizabetə baş əyirlər.
Yabançıların marağından çıxış edən hörmətli professorumuz Altay Göyüşov hansı məntiqlə üzdə olan bu kimi həqiqətləri inkar edir? Öz məhəlli maraqlarına görə adam gənclərimizə sərsəm nağıllar danışır. Onları inandırmağa çalışır ki, Türki Dünyası pis bir şeydir. Keçməz belə şeylər...
Bəşər sivilizasiyasının gələcəyi Türk Dünyasına bağlıdır. Və möhtəşəm Türk Birliyinin yaranmasının qarşısını heç bir güc ala bilməz. Türk Dünyasına gedən yola əngəl olmaq istəyənlər isə ayaqlar altında qalacaqlar...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.